Nə Yazım? | Ayrılıq şeiri

 
Nə Yazım şeiri
 
Nə yazım, ayrılıq nədir bilməzsən,
Nələr çəkdiyimi çəkənlər bilər.
Nə deyim, söz varmı dərdimə ölçü,
Sənsiz göz yaşları tökənlər bilər!
 
Sənsiz nədir Günəş, nədir qaranlıq?
Nədir günahımız biz ayrı qaldıq?
İşıqsız bir dünya yaşarmı artıq?
Gözünə qaranlıq çökənlər bilər!

Bəlkə sən anmadın mənim adımı?!
Bilməm xatirində yerim qaldımı?
Mən bir çiçək quşu — pozmam andımı,
Güllər bilməsə də, tikanlar bilər!
 
Müəllif: Əhməd Cavad
Nə Yazım? | Ayrılıq şeiri əhməd cavad
 

0 şərh